Qelebə.az / Yurgen Klopp FIFA prezidentini sərt tənqid etdi – “Blatterdən də pisini bacardı”

Yurgen Klopp FIFA prezidentini sərt tənqid etdi – “Blatterdən də pisini bacardı”

Bu gün, 10:34

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp FIFA prezidenti Canni İnfantinonun fəaliyyətini sərt tənqid edib.

QELEBE.AZ xəbər verir ki, 59 yaşlı mütəxəssis bu barədə UEFA Millətlər Liqasında Niderlandla keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında danışıb.

Klopp FIFA rəhbərliyində dəyişiklik edilməsinin vacibliyini vurğulayıb:

“Artıq hamı FIFA rəhbərliyində dəyişikliyin faydalı olacağı fikri ilə razılaşır. Sepp Blatterdən sonra vəziyyətin daha da pisləşə biləcəyini düşünməzdim. Amma bunu bacaran biri tapıldı”.

Almaniyalı mütəxəssis FIFA-nın fəaliyyətində maliyyə maraqlarının həddindən artıq ön plana çıxdığını da bildirib:

“Hazırda əsas diqqətin pul qazanmağa yönəldiyini düşünürəm. Halbuki insanları bir araya gətirmək və möhtəşəm futbol turnirləri təşkil etmək mümkündür. Futbolun gələcəyini düşünən, bununla bağlı şəxsi maliyyə maraqları olmayan insanlar var. Onlardan birinin prezident seçilməsi faydalı olardı”.

Klopp İnfantinonun yerinə gələcək şəxsin FIFA-nı daha yaxşı idarə edə biləcəyinə inandığını da qeyd edib.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA prezidentidir. Qurumda növbəti prezident seçkisi 2027-ci ilin martında keçiriləcək. İnfantino yenidən namizədliyini irəli sürmək niyyətindədir.

Geri qayıt