Azərbaycan millisinin kapitanı Emin Mahmudov Andorra ilə keçiriləcək yoldaşlıq görüşünün onun yığmadakı son oyunu olacağını açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, futbolçu mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Bu, milli komandada son oyunum olacaq. Həmişə dediyim kimi, meydana qələbə qazanmaq üçün çıxırıq. Yaxşı oyun göstərmək bizim üçün çox vacibdir. Son matçımda da əlimdən gələni edəcəyəm ki, yaxşı çıxış edim və yadda qalım”.
Qeyd edək ki, Andorra – Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.