Qelebə.az / Lənkəranda bədii gimnastika üzrə region birinciliyinin qalibləri müəyyənləşib

Lənkəranda bədii gimnastika üzrə region birinciliyinin qalibləri müəyyənləşib

Bu gün, 17:42

Lənkəranda bədii gimnastika üzrə açıq region birinciliyi keçirilib.

QELEBE.AZ xəbər verir ki, noyabrın 14-də təşkil olunan yarışda "Ocaq Sport" klubunun Lənkəran, Şirvan, Masallı və Sabirabad bölmələrini təmsil edən 2014-2020-ci il təvəllüdlü gimnastlar iştirak ediblər.

İdmançılar yaş qruplarına uyğun olaraq alətsiz, həmçinin halqa, top və gürzlərlə proqramlarda bacarıqlarını nümayiş etdiriblər.

Yarışın yekunlarına əsasən, 2019-cu il təvəllüdlü gimnastlar arasında Zeynəb Nəcəfli birinci yeri tutub. Nilay Zeynallı gümüş, Nilay Əliyeva isə bürünc medala sahib çıxıb.

2020-ci il təvəllüdlü gimnastların mübarizəsində Aynişan Fərzəliyeva qalib adını qazanıb. Dəniz Məmmədova ikinci, Ayla Ələkbərova isə üçüncü pillədə qərarlaşıb.

Birinciliyin sonunda fərqlənən gimnastlara müvafiq diplom və medallar təqdim olunub.

Bu cür yarışların keçirilməsi regionlarda bədii gimnastikanın inkişafına, uşaqlar arasında idmana marağın artırılmasına və yeni istedadların üzə çıxarılmasına xidmət edir.

Geri qayıt