Azərbaycan gimnastı Ammar Baxşalıyev Çində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatının final mərhələsinə adlayıb.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Təmsilçimiz fərdi proqramın finalında 55,450 xal toplayaraq üçüncü yeri tutub.
Baxşalıyev daha əvvəl təsnifat mərhələsində uğurlu çıxış edərək 54,850 xalla altıncı pillədə qərarlaşıb və həlledici mərhələyə vəsiqə qazanıb.
Finalda nəticəsini 0,600 xal yaxşılaşdıran Azərbaycan gimnastı fəxri kürsüyə yüksəlməyi bacarıb.