Azərbaycan gimnastı Ammar Baxşalıyev Çində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatının final mərhələsinə adlayıb.
QELEBE.AZ xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
O, fərdi proqramda 54,850 xalla 6-cı pilləni tutaraq həlledici raunda vəsiqə qazanıb.