Belçika millisinin hücumçusu Romelu Lukaku zədəsini sağaldıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Son qarşılaşmada omba nahiyəsindəki ağrılar səbəbindən Türkiyə ilə oyunu buraxan 33 yaşlı futbolçu artıq meydana çıxmağa hazırdır.
Lukaku UEFA Millətlər Liqasında İtaliyaya qarşı keçiriləcək matçın iştirak ərizəsinə daxil edilib.