Azərbaycan gimnastları Çinin Nankin şəhərində keçirilən Dünya Yaş Qrupları Yarışlarında daha bir medal qazanıblar.
QELEBE.AZ xəbər verir ki, batut gimnastikası üzrə 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Məhəmməd Həsənli və Ömər Qasımlı finalda 46,160 xal toplayaraq bürünc medala sahib olublar.
Eyni proqramda 17-21 yaş kateqoriyasında mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev təsnifat mərhələsini 48,960 xalla dördüncü pillədə başa vuraraq finala vəsiqə qazanıblar.
Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında çıxış edən Əsnad Niftiyeva isə 42,700 xalla səkkizinci olub və final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycan gimnastları yarışda mübarizələrini davam etdirirlər.