Qelebə.az / Əliyar Ağayev UEFA-dan təyinat alıb

Əliyar Ağayev UEFA-dan təyinat alıb

Bu gün, 20:47

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, o, noyabrın 16-da Qazaxıstan və Slovakiya milli komandaları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək.

Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. İnqilab Məmmədov dördüncü hakim, Nicat İsmayıllı isə VAR hakiminin köməkçisi funksiyasını yerinə yetirəcək. VAR hakimi vəzifəsi avstriyalı Alan Kiyasa həvalə olunub.

Qeyd edək ki, Qazaxıstan – Slovakiya görüşü Astana şəhərindəki “Astana Arena”da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Geri qayıt