İtaliyanın “İnter” klubunun hücumçusu Françesko Pio Espozito milli komandanın tarixində ən yüksək qol effektivliyinə malik futbolçu olub.
QELEBE.AZ xəbər verir ki, 21 yaşlı forvard İtaliya millisində keçirdiyi 14 oyunda 9 qol vurub. O, orta hesabla hər 88 dəqiqədən bir fərqlənərək bu göstəricidə rekord müəyyənləşdirib.
Espozito UEFA Millətlər Liqasında Fransa üzərində 3:1 hesablı qələbə qazanılan görüşdə də iki qol vurub.
Gənc hücumçu qol effektivliyinə görə Enriko Kyeza (91 dəqiqə), Luici Riva (106 dəqiqə), Silvio Piola (103 dəqiqə) və Xulio Libonattini (102 dəqiqə) geridə qoyub.
Qeyd edək ki, İtaliya millisinin tarixində ən çox qol vuran futbolçu 35 qolla Luici Riva olaraq qalır.