NBA-nın müntəzəm mövsümündə növbəti oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “Yuta Cazz”ı 125:118 hesabı ilə məğlub edib.
Alperen qarşılaşmanın ən məhsuldar oyunçusu olub. 24 yaşlı basketbolçu 43 xal toplayıb, 12 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, meydanda olduğu 37 dəqiqə ərzində 24 atışından 17-sini dəqiq yerinə yetirib.
“Hyuston”un heyətində Kevin Dürant 22, Fred VanVlit isə 17 xal qazanıb. Qonaqların ən məhsuldar basketbolçusu 28 xalla Darrin Peterson olub.
Bu, “Hyuston”un ardıcıl üçüncü qələbəsidir. Komanda mövsümdə keçirdiyi 13 oyunun 10-da qalib gəlib.
Günün digər qarşılaşmalarında “San-Antonio Spörs” “Qolden Steyt Uorriorz”u 123:85, “Memfis Qrizzlis” isə “Nyu-Orlean Pelikans”ı 142:111 hesabı ilə məğlub edib.
NBA – Günün nəticələri
“İndiana Peysers” – “Nyu-York Niks” 106:104
“Orlando Mecik” – “Milvoki Baks” 107:99
“Mayami Hit” – “Klivlend Kavalyers” 133:121
“Çikaqo Bulls” – “Atlanta Houks” 125:117
“Nyu-Orlean Pelikans” – “Memfis Qrizzlis” 111:142
“Hyuston Rokets” – “Yuta Cazz” 125:118
“San-Antonio Spörs” – “Qolden Steyt Uorriorz” 123:85
“Sakramento Kinqs” – “Portlend Treyl Bleyzers” 107:120
“Los-Anceles Klippers” – “Oklahoma-Siti Tander” 113:112