Qelebə.az / “Real Madrid” Arda Gülərə yeni müqavilə təklif etdi – Maaşı artırılır

“Real Madrid” Arda Gülərə yeni müqavilə təklif etdi – Maaşı artırılır

Bu gün, 14:15

İspaniyanın “Real Madrid” klubu türkiyəli futbolçusu Arda Gülərlə müqaviləni yeniləmək istəyir.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçiyə beşillik yeni sözləşmə təklif edib.

Bu barədə İspaniyanın “El Debate” nəşri məlumat yayıb.

Klub Ardanın hazırda 6 milyon 250 min avro təşkil edən illik maaşını 8 milyon avroya yüksəltməyi planlaşdırır. Futbolçu təklifi qəbul edərsə, həftədə təxminən 153 min avro pul qazanacaq. 

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Güləri komandanın əsas futbolçularından biri hesab edir. Portuqaliyalı mütəxəssis onunla yanaşı, Cud Bellinqem, Federiko Valverde və Orelyen Tçuameninin də komandada saxlanılmasını istəyir.

Klub rəhbərliyi bu dörd futbolçunun uzunmüddətli gələcəyini təmin etmək üçün davam edən müqavilələri yenidən nəzərdən keçirir. 

Qeyd edək ki, Arda Gülər 2023-cü ildə “Fənərbaxça”dan “Real Madrid”ə transfer olunub. Onun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Geri qayıt