Bu gün UEFA Millətlər Liqasında V turun növbəti qarşılaşmaları keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, gün ərzində A, B, C və D liqalarında ümumilikdə 10 oyun baş tutacaq.
Azərbaycan millisi D Liqasının 2-ci qrupunda Lixtenşteynin qonağı olacaq.
Günün diqqətçəkən qarşılaşmalarından biri Serbiyada keçiriləcək. Almaniya millisi A Liqasının 2-ci qrupunda meydan sahibləri ilə üz-üzə gələcək. Qrupun digər görüşündə Niderland Yunanıstanı qəbul edəcək.
B Liqasında Şotlandiya Şimali Makedoniya, Sloveniya isə İsveçrə ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası, V tur
13 noyabr
A Liqası
23:45. Serbiya – Almaniya
23:45. Niderland – Yunanıstan
B Liqası
23:45. Şotlandiya – Şimali Makedoniya
23:45. Sloveniya – İsveçrə
C Liqası
21:00. Moldova – Qazaxıstan
23:45. Slovakiya – Farer adaları
23:45. Bolqarıstan – İslandiya
23:45. Lüksemburq – Estoniya
D Liqası
23:45. Andorra – Cəbəllütariq
23:45. Lixtenşteyn – Azərbaycan