Qelebə.az / Toral Bayramov: “Məqsədimiz qələbə qazanmaqdır”

Toral Bayramov: “Məqsədimiz qələbə qazanmaqdır”

Dünən, 23:35

Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə qarşılaşacaq.

QELEBE.AZ xəbər verir ki, oyunöncəsi mətbuat konfransında yığmamızın müdafiəçisi Toral Bayramov fikirlərini bölüşüb:

“Bakıdakı oyun 0:0 hesabı ilə başa çatmışdı. Bu dəfə məqsədimiz daha yaxşı oyun göstərərək qələbə qazanmaqdır. Komandamıza inanıram, yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, hazırlığımızı meydanda nümayiş etdirərək qələbə qazanacaq və xalqımızı sevindirəcəyik”.

Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Geri qayıt