Qelebə.az / Şahmatçılarımız Avropa çempionatını 3 medalla başa vurub

Şahmatçılarımız Avropa çempionatını 3 medalla başa vurub

Bu gün, 23:13

Azərbaycan şahmatçıları Yunanıstanda keçirilən Avropa çempionatını 3 medalla başa vurublar.

Apasport.az xəbər verir ki, Krit adasının Hersonissos şəhərində 8-18 yaşlı şahmatçılar arasında təşkil olunan qitə birinciliyində təmsilçilərimiz 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

18 yaşadək qızların yarışında çıxış edən Nərmin Abdinova son turda FIDE təmsilçisi Lizaveta Liaşkeviçi məğlub edərək turniri maksimum nəticə ilə başa vurub. Bir tur əvvəl çempionluğu təmin edən şahmatçımız 9 oyunda 9 xal toplayıb.

18 yaşlı oğlanların mübarizəsində Tunar Davudov son turda polşalı Pavel Sovinskini üstələyərək xallarının sayını 7-yə çatdırıb və gümüş medal qazanıb.

8 yaşlı qızların yarışında isə Selin Məmmədova türkiyəli Eliz Karahana qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, Azərbaycan komandası 42 ölkə arasında medal sıralamasında 3-5-ci yerləri bölüşdürüb.

Geri qayıt