Qelebə.az / Böyük Dəbilqə: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır

Böyük Dəbilqə: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır

4-03-2023, 09:07

Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazoda ilə üz-üzə gələcək.

Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadovla güləşəcək.

Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.

Geri qayıt