Qelebə.az / “Qalatasaray”ın rəqibində zədə şoku – Millidən çıxarıldı

“Qalatasaray”ın rəqibində zədə şoku – Millidən çıxarıldı

Bu gün, 16:31

İngiltərənin “Aston Villa” klubu UEFA Çempionlar Liqasında “Qalatasaray”la qarşılaşma ərəfəsində ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Yohan Manzambi zədə səbəbindən İsveçrə millisinin heyətindən çıxarılıb.

21 yaşlı futbolçunun baldır nahiyəsində problem aşkarlanıb. İsveçrə Futbol Assosiasiyasının məlumatına görə, tibbi müdaxilələrə baxmayaraq, onun vəziyyəti kifayət qədər yaxşılaşmayıb.

Bu səbəbdən Manzambi UEFA Millətlər Liqasında Sloveniya və Şotlandiyaya qarşı keçiriləcək oyunları buraxacaq. Futbolçu müalicəsini davam etdirmək üçün klubunun düşərgəsinə qayıdıb.

Yarımmüdafiəçinin “Qalatasaray”la qarşılaşmada iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, “Qalatasaray” – “Aston Villa” matçı noyabrın 24-də keçiriləcək.

Geri qayıt