İspaniyanın "Barselona" klubu müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi "Mançester Siti"nin futbolçusu Rayan Ait-Nuri ilə maraqlanır.
25 yaşlı əlcəzairli müdafiəçi daha çox oyun vaxtı qazanmaq üçün klubunu dəyişmək niyyətindədir.
Daha əvvəl Ait-Nurinin xidmətində "Mançester Yunayted"in də maraqlı olduğu bildirilmişdi.
Ait-Nurinin "Mançester Siti" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Onun "Barselona"ya mümkün keçidi Kataloniya klubunun müdafiəçisi Alexandro Baldenin gələcəyindən asılı ola bilər.