Qelebə.az / Alperendən 19 xal, "Hyuston"dan növbəti qələbə – NBA-da günün nəticələri

Alperendən 19 xal, "Hyuston"dan növbəti qələbə – NBA-da günün nəticələri

Bu gün, 10:09

Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, türkiyəli basketbolçu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “Qolden Steyt Uorriors”u 115:108 hesabı ilə məğlub edib.

Şengün qarşılaşmada 19 xal, 13 ribaund və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı basketbolçu tripl-dabl etməyə cəmi bir assistlə çata bilməyib.

“Hyuston”un heyətində Kevin Durant 20 xal toplayıb. “Qolden Steyt”də isə Yaxel Lendeborq 25 xalla komandasının ən məhsuldar oyunçusu olub.

Bu qələbə ilə “Hyuston Rokets” rəqibinin səkkiz oyunluq qələbə seriyasına son qoyub.

NBA-da günün nəticələri:

İndiana Peysers – Vaşinqton Uizards 114:101

Toronto Reptors – Boston Seltiks 93:98

Nyu-York Niks – Klivlend Kavalyers 107:115

Nyu-Orlean Pelikans – Bruklin Nets 111:145

Çikaqo Bulls – San-Antonio Spörs 119:124

Milvoki Baks – Los-Anceles Leykers 112:123

Memfis Qrizzlis – Denver Naqqets 118:123

Yuta Caz – Orlando Mecik 108:123

Hyuston Rokets – Qolden Steyt Uorriors 115:108

Portlend Treyl Bleyzers – Oklahoma-Siti Tander 118:108

Geri qayıt