Qelebə.az / Şahmatçımız Avropa çempionu olub

Şahmatçımız Avropa çempionu olub

Bu gün, 23:03

Azərbaycan şahmatçısı Nərmin Abdinova 18 yaşadək qızlar arasında Avropa çempionatının qalibi olub.

Apasport.az xəbər verir ki, Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən yarışın VIII turunda polşalı Klara Şçotkanı məğlub edən təmsilçimiz ardıcıl səkkizinci qələbəsini qazanıb.

Bütün görüşlərini qalib başa vuran Abdinova son turdan asılı olmayaraq Avropa çempionluğunu təmin edib.

Qeyd edək ki, Azərbaycan U-18 qızlar kateqoriyasında sonuncu dəfə 2014-cü ildə Batumidə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Həmin vaxt Ülviyyə Fətəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Avropa çempionatına sabah yekun vurulacaq.

Geri qayıt