“Fənərbaxça”nın müvəqqəti baş məşqçisi Dirk Kuyt klubdan ayrıldığını açıqlayıb.
Apasport.az xəbər verir ki, niderlandlı mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Kuyt İstanbul təmsilçisində keçirdiyi dövrü dəyərləndirərək futbolçulara və azarkeşlərə təşəkkürünü bildirib:
“Müvəqqəti baş məşqçi vəzifəsini üzərimə götürmək asan deyildi. Xüsusilə də dörd ay ərzində baş məşqçimiz və onun komandası ilə bu qədər yaxından və intensiv çalışdıqdan sonra... Amma kluba, futbolçulara və azarkeşlərimizə qarşı böyük məsuliyyət hiss edirdim. Əlimdən gələnin ən yaxşısını etdim.
İndi yeni baş məşqçimiz Emre Belözoğluna uğurlar arzulamağın vaxtıdır. Bu, əlvida deyil. Sadəcə, yenidən görüşəcəyimiz günə qədər ayrılıqdır.
Hər zaman, hər yerdə ən böyük “Fənərbaxça”!”
Qeyd edək ki, mövsümün əvvəlində İsmayıl Kartalın köməkçisi kimi kluba gələn Dirk Kuyt baş məşqçinin ayrılığından sonra “Fənərbaxça”ya müvəqqəti rəhbərlik edib. İstanbul təmsilçisi onun rəhbərliyi altında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Liverpul”u 3:2 hesabı ilə məğlub edib.