“Sabah” basketbol komandası bu gün FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan çempionu Türkiyənin “Trabzonspor” klubu ilə qarşılaşıb.
Bakıda yerləşən Milli Gimnastika Arenasında baş tutan görüş saat 20:00-da başlayıb.
Görüş təmsilçimizin 91:72 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Sabah” turnirdə keçirdiyi əvvəlki üç oyundan birində qalib gəlib. Azərbaycan təmsilçisi ilk turda Litvanın “Ritas” klubuna 73:82, ikinci turda isə “Trabzonspor”a 83:100 hesabı ilə məğlub olub.
Komanda III turda Fransanın "Nanter 92" kollektivini 87:80 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.