Qelebə.az / “Lion”un yeni baş məşqçisi müəyyənləşdi

“Lion”un yeni baş məşqçisi müəyyənləşdi

Bu gün, 16:54

Fransanın “Lion” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

QELEBE.AZ xəbər verir ki, Liqa 1 təmsilçisi Karlos Visenslə razılıq əldə edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı ispaniyalı mütəxəssis bu postda Paulo Fonsekanı əvəzləyib.

Visensin son iş yeri Portuqaliyanın “Braqa” klubu olub.

Qeyd edək ki, “Lion” Fransa Liqa 1-də 17 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Geri qayıt