UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Lixtenşteyn yığması ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın kapitanı Nikolas Hasler zədələnib.
Bu barədə Lixtenşteyn Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
“Vaduts” klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi İsveçrə çempionatında “Sion”la keçirilən qarşılaşmada xəsarət alıb.
Haslerin əvəzinə millinin heyətinə Manuel Mikusu dəvət olunub.
Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan matçı noyabrın 13-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.