Qelebə.az / “Turan” Çempionlar Liqasının qrup mərhələsinə doğru - YENİLƏNİR

“Turan” Çempionlar Liqasının qrup mərhələsinə doğru - YENİLƏNİR

Bu gün, 11:23

Qadın voleybolçulardan ibarət “Turan” klubu bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab görüşündə Bolqarıstanın “Maritsa” komandasını qəbul edəcək.

Tovuz Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Turan” səfərdə keçirilən ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edib. Tovuz təmsilçisi cavab matçında da qalib gələcəyi təqdirdə, CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Geri qayıt