Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın boksçusu Gülər Hüseynova ilk görüşünü qələbə ilə başa vurub.
Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bu nəticə ilə yarımfinala yüksələrək ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, boks yarışlarında final döyüşləri və mükafatçıların yekun siyahısı noyabrın 12-də müəyyənləşəcək.