Qelebə.az / “Barselona” Madriddə qələbə qazandı

“Barselona” Madriddə qələbə qazandı

Bu gün, 01:58

İspaniya La Liqasında XII turun növbəti oyunu keçirilib.

Apasport.az xəbər verir ki, “Atletiko Madrid” doğma meydanda “Barselona”nı qəbul edib.

Qarşılaşma Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 10-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Culiano Simeone açıb. Lakin “Barselona” fasiləyə qədər tarazlığı bərpa edib. Fermin Lopes 45-ci dəqiqədə fərqlənib.

İkinci hissədə də hücumlarını davam etdirən qonaqlar 66-cı dəqiqədə önə keçiblər. Lopes özünün və komandasının ikinci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, "Barselona" bu nəticə ilə liderliyini davam etdirir.

Geri qayıt