Qelebə.az / “Zirə” - “Şamaxı” oyunu qapıçının formasındakı problemə görə gec başlayıb

“Zirə” - “Şamaxı” oyunu qapıçının formasındakı problemə görə gec başlayıb

3-03-2023, 17:06

"Zirə" və "Şamaxı" komandaları arasında Azərbaycan Premyer Liqasının XXV tur oyununun gec başlamasının səbəbi bəlli olub.

"QELEBE.AZ" xəbər verir, paytaxt təmsilçisinin qapıçısı Mehdi Cənnətovun formasında problem olduğu üçün qarşılaşmanın startı yubanıb.

Görüş 17:00-da yox, iki dəqiqə gec başlayıb. AFFA İntizam Komitəsinin bu səbəbdən "qartallar"ı cəzalandıracağı gözlənilir.

16:07

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda üz-üzə gələcək “Zirə” və “Şamaxı”nın start heyətləri bəlli olub.

“QELEBE.AZ”un məlumatına görə, komandalar turun açılış matçına aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Zirə”: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 96. Donald Gerye, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 11. Rüstəm Əhmədzadə, 38. Ramiz Muradov, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman, 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 90. Əli Səmədov, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 70. Bahadur Həziyev, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov

Baş məşqçi: Vüqar Əsgərli

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Geri qayıt