Qelebə.az / “Qalatasaray”a Osimhen şoku – 3 həftə oynamayacaq

“Qalatasaray”a Osimhen şoku – 3 həftə oynamayacaq

Bu gün, 21:14

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

QELEBE.AZ xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, nigeriyalı futbolçu 2-3 həftə komandasına kömək edə bilməyəcək.

27 yaşlı hücumçunun qarşıdakı oyunları buraxacağı gözlənilir.

Geri qayıt