Qelebə.az / Emre Belözoğlu "Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

Emre Belözoğlu "Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

Bu gün, 18:43

“Fənərbaxça”nın yeni baş məşqçisi Emre Belözoğlu rəsmi müqaviləyə imza atıb.

Apasport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis yenidən doğma klubuna qayıtmasından məmnun olduğunu bildirib.

Belözoğlu “Fənərbaxça”da böyük uğurlar qazanmaq istədiyini vurğulayıb. O, azarkeşlərin gözlədiyi futbolu bildiyini və bunu qısa müddətdə komandaya aşılamağa çalışacağını qeyd edib.

Türkiyəli mütəxəssis məşqçilər korpusunun 12-13 nəfərdən ibarət olacağını açıqlayıb.

Belözoğlu “Liverpul” üzərində qazanılan qələbədə payının olmadığını, həmin vaxt sadəcə azarkeş kimi tribunada olduğunu bildirib.

O, Çempionlar Liqasında Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor”la qarşılaşmanın xüsusi olacağını da vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "Kasımpaşa"nın baş məşqçisi olan mütəxəssislə mövsümün sonunadək nəzərdə tutlan müqavilə imzalanıb.

Geri qayıt