“Beşiktaş” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi IV tur çərçivəsində Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşıb.
Oyunda hesabı Türkiyə təmsilçisi açıb. Lakin komanda üstünlüyünü qoruya bilməyib. Matçın sonlarında səhnəyə Kamilo Duran çıxıb. "Qarabağ"ın sabiq forvardı dubl edərək komandasına qələbə qazandırıb - 3:2.
5 noyabr
UEFA Avropa Liqası, Liqa mərhələsi
IV tur
00:00. “Seltik” – “Beşiktaş” 3:2
Hakim: Saşa Ştegemann (Almaniya)
“Seltik Park”, Qlazqo