"Neftçi" Misli Premyer Liqasının XI - “Zəfər turu”nda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını yekunlaşdırıb.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
“Turan Tovuz”la görüşdə qırmızı vərəqə alaraq 2 matçlıq cəzalandırılmış futbolçumuz İqor Ribeyro “Kəpəz”lə oyunu da buraxmalı olacaq.
Qeyd edək ki, noyabrın 6-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” qarşılaşması saat 20:00-da start götürəcək.