Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatının yekununda qaliblər və mükafatçılar müəyyənləşib.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatın proqramına uyğun olaraq hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib və qaliblər müəyyənləşib
Kişilər arasında keçirilən yarışda l, ll, lll yerlərə Rusiya Federasiyası komandasının idmançıları layiq görülüb.
Qadınların mübarizəsində isə I və lll yerə Rusiya Federasiyasının idmançısı, II yerə isə Belarus idmançısı layiq görülüb.
Qalib və mükafatçılara medalları Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian təqdim edib.
Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.
Qeyd edək ki, çempionat çərçivəsində idmançılar dörd növ üzrə qüvvələrini sınayıblar:
Hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma,
100 metr məsafəyə maneəli qaçış,
4x100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.