"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Frayburq" klubu Almaniya Bundesliqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Kristian Ştrayxın baş məşqçi olduğu komanda VI turda Mönhenqladbax "Borussiya"sını qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Xallarının sayını 13-ə çatdırıb "Frayburq" liderliyi əldən verərək ikinci pilləyə düşüb.
"Olimpiakos" isə Yunanıstan Super Liqasının IV "Volos"u qəbul edib. Matç 1:1 hesabı ilə yekunlaşıb. Xallarının sayını 8-ə çatdıran Pirey təmsilçisi 3-cü sırada yer alıb.