Qelebə.az / PSJ klub tarixində ilkə imza atıb

PSJ klub tarixində ilkə imza atıb

Bu gün, 12:59

PSJ UEFA Çempionlar Liqasında klub tarixinin ən uzun məğlubiyyətsiz seriyasına imza atıb.

QELEBE.AZ xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi Paris təmsilçisi bu gün “Vilyarreal”ı 6:0 hesabı ilə darmadağın edərək turnirdəki məğlubiyyətsiz oyunlar seriyasını 14-ə çatdırıb.

Paris klubu sonuncu dəfə yanvarın 20-də “Sportinq”ə uduzub. Həmin vaxtdan bəri keçirilən 14 qarşılaşmada PSJ məğlubiyyət üzü görməyib. Bu, klubun Çempionlar Liqası tarixində rekord göstəricidir.

Qeyd edək ki, turnirin son qalibi olan PSJ noyabrın 25-də növbəti matçında “Roma” ilə qarşılaşacaq.

Geri qayıt