“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
QELEBE.AZ xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda IV turda səfərdə “Vikinq”lə ilə üz-üzə gələcək.
Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Görüşün baş hakimi niderlandlı Sander van der Eyk olacaq.
Qeyd edək ki, "Sabah" 3 xalla turnir cədvəlinin 25-ci sırasındadır. Aktivində 1 xalı olan "Vikinq" isə 33-cü pillədə qərarlaşıb.
UEFA Çempionlar Liqası
IV tur
00:00. "Vikinq" (Norveç) – "Sabah"