Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun oyunlarına start veriləcək.
QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçiriləcək.
Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda Almaniyanın “Ştutqart” klubunu qəbul edəcək.
Günün digər diqqətçəkən qarşılaşmalarında “Atletiko Madrid” “Bavariya”nı, “Barselona” “Aston Villa”nı, “Mançester Yunayted” isə “Roma”nı qəbul edəcək.
Fransa çempionu PSJ “Vilyarreal”ın qonağı olacaq. Ukraynanın “Şaxtyor” klubu isə Portuqaliya təmsilçisi “Sportinq”lə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
3 noyabr
21:45. “Qalatasaray” – “Ştutqart”
21:45. “Şaxtyor” – “Sportinq”
4 noyabr (Bakı vaxtı ilə)
00:00. “Atletiko Madrid” – “Bavariya”
00:00. “Barselona” – “Aston Villa”
00:00. “Budyo-Qlimt” – “Lill”
00:00. “Feyenoord” – “İnter”
00:00. LASK – “Slovan Bratislava”
00:00. “Mançester Yunayted” – “Roma”
00:00. “Vilyarreal” – PSJ