Qelebə.az / Azərbaycanın futzal millisi bu gün Yunanıstanı qəbul edəcək

Azərbaycanın futzal millisi bu gün Yunanıstanı qəbul edəcək

3-03-2023, 08:00

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirəcək.

"QELEBE.AZ"un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Yunanıstan yığmasını qəbul edəcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü Eduardu Koelyunun başçılıq etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi 6-cı qrupda 6 xalla liderdir. Bir oyun çox keçirən Polşa kollektivinin də eyni xalı var. Komanda qrupdakı sonuncu matçında martın 7-də Polşanın qonağı olacaq.

Geri qayıt