Qelebə.az / Azərbaycan Premyer Liqasında XXV tura start verilir

Azərbaycan Premyer Liqasında XXV tura start verilir

3-03-2023, 07:30

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

"QELEBE.AZ"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Hazırda 35 xalla 4-cü pillədə qərarlaşan "Zirə" 19 xalla 8-ci olan "Şamaxı"nə qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatında 29 dəfə üz-üzə gəlib. Bunların 11-də paytaxt klubu, 6-da bölgə təmsilçisi qələbə qazanıb. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də "qartallar"ın aşkar üstünlüyü var - 34:27.

"Şamaxı" son 10 oyunda "Zirə"yə qalib gəlməyib. Bakılılar ardıcıl 7 matçda qol buraxmayıblar.

Azərbaycan Premyer Liqası
XXV tur
3 mart (cümə)

17:00. "Zirə" - "Şamaxı"
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun "Səbail" - "Sumqayıt" və "Sabah" - "Kəpəz" oyunları martın 4-də, "Qəbələ" - "Qarabağ" və "Neftçi" - "Turan Tovuz" matçları isə martın 5-də keçiriləcək.

Geri qayıt