Qelebə.az / Nazim Babayev Qış Avropa Çempionatında finala yüksəlib

Nazim Babayev Qış Avropa Çempionatında finala yüksəlib

2-03-2023, 22:47

Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən Qış Avropa Çempionatında finala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, idmançı üçtəkanla tullanma növündə 16,45 metr nəticə göstərib.

Təsnifat mərhələsində 4-cü yeri tutan Babayev finalda iştirak hüququ qazanıb.

Qeyd edək ki, yarışda Azərbaycanın digər atleti Yekaterina Sariyeva da qüvvəsini sınayır.

Geri qayıt