Qelebə.az / Rafael Nadal yenidən korta qayıdır – İlk dəfə ABŞ-da

Rafael Nadal yenidən korta qayıdır – İlk dəfə ABŞ-da

Bu gün, 08:52

Əfsanəvi ispaniyalı tennisçi Rafael Nadal karyerasını başa vurduqdan sonra yenidən korta çıxmağa hazırlaşır.

QELEBE.AZ xəbər verir ki, 40 yaşlı sabiq dünya birincisi fevralın 27-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək “The MGM Slam” adlı nümayiş oyununda iştirak edəcək.

Bu, Nadalın peşəkar karyerasını başa vurduqdan sonra ABŞ-da korta ilk çıxışı olacaq.

Qeyd edək ki, Rafael Nadal karyerası ərzində 22 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olub.

O, 2024-cü ildə peşəkar tennisdən ayrılıb.

Geri qayıt