Bu gün “Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
QELEBE.AZ xəbər verir ki, komanda müntəzəm mövsümün ikinci turunda Türkiyənin “Trabzonspor” klubunun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan çempionu ilk turda səfərdə “Ritas”a 73:82 hesabı ilə məğlub olub.