Qelebə.az / Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”

Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”

Bu gün, 11:32

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haaland Fransanın PSJ komandasının futbolçuları barədə danışıb.

QELEBE.AZ xəbər verir ki, norveçli forvard UEFA Çempionlar Liqasının liqa mərhələsində Paris təmsilçisi ilə keçiriləcək oyun öncəsi rəqibin heyətini yüksək qiymətləndirib.

Haaland xüsusilə Nunu Mendeş və Əşrəf Hakiminin çıxışını fərqləndirib:

“Onların fantastik futbolçuları var və çox yüksək səviyyədə oynayırlar. Bütün komanda xüsusidir. Amma daim hərəkətdə olan cinah müdafiəçiləri diqqətimi daha çox çəkir. Mendeş və Hakiminin oyununu izləmək sadəcə heyranedicidir. Bunu necə izah edəcəyimi belə bilmirəm. Yaxşı hazırlaşmalıyıq, çünki onlar həqiqətən xüsusi komandadır”.

Qeyd edək ki, “Mançester Siti” – PSJ qarşılaşması oktyabrın 14-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Geri qayıt