Qelebə.az / "Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

11-09-2022, 16:00

İspaniya "Barselona"sının futbolçusu Serxio Buskets klub prezidenti Joan Laporta ilə gələcək karyerasını müzakirə edib.

"QELEBE.AZ" "El Nacional" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında Kataloniya təmsilçisindən ayrılmağa qərar verib.

Kapitan klubla yeni müqavilə imzalamaq fikrində deyil. Buskets ABŞ-ın MLS liqasındakı komandalardan birinə keçəcək.

Qeyd edək ki, Serxio Buskets 2008-ci ildən "Barselona"da çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq.

Geri qayıt