Qelebə.az / Palmer daha 8 il “Çelsi”də - RƏSMİ

Palmer daha 8 il “Çelsi”də - RƏSMİ

Bu gün, 15:52

“Çelsi” futbolçusu Koul Palmerlə müqaviləni uzadıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 24 yaşlı oyunçu 2034-cü ilin yayınadək London təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Palmer 2023-cü ilin sentyabrından “Çelsi”də çıxış edir. O, komandanın heyətində çıxış etdiyi 138 matçda 58 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt