Qelebə.az / Kənan Nəsibov üçün bürünc şansı - YENİLƏNİR

Kənan Nəsibov üçün bürünc şansı - YENİLƏNİR

10-10-2026, 13:02

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Kənan Nəsibov yarışa 1/16 final mərhələsindən başlayıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşündə Almaniya təmsilçisi Losseni Koneyə qalib gələrək 1/8 finala yüksəlib.

Nəsibov bu mərhələdə Ukrayna cüdoçusu Yakiv Xammonu da məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

O, bu mərhələdə millimizin digər üzvü Uşangi Kokauri ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Kənan bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edəcək.

Geri qayıt