Qelebə.az / Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək

Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək

Bu gün, 18:52

Batut və tamblinq gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə 22-ci ölkə birinciliyi oktyabrın 21-də təşkil olunacaq.

Yarışlar Milli Gimnastika Arenasının köməkçi zalında baş tutacaq.

Geri qayıt