Qelebə.az / DÇ-26: Olimpiya çempionumuz 1/8 finalda - YENİLƏNİR

DÇ-26: Olimpiya çempionumuz 1/8 finalda - YENİLƏNİR

Bu gün, 08:42

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycan millisinin üzvü Zelim Kotsoyev mübarizəyə başlayıb.

QELEBE.AZ xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu 100 kq çəki dərəcəsində qüvvəsini sınayır.

Kotsoyev yarışa 1/32 final mərhələsindən start verib. İlk görüşündə Türkmənistan təmsilçisi Baymırat Majanovla üz-üzə gələn cüdoçumuz qələbə qazanaraq 1/16 finala vəsiqə əldə edib.

O, bu mərhələdə slovakiyalı Benyamin Mataseyeni də məğlub edərək adını 1/8 finala yazdırıb.

Milli Gimnastika Arenasında təşkil olunan yarışda təsnifat görüşləri saat 10:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq. 

Geri qayıt