İspaniyanın “Barselona” klubu müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzatmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi 19 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayacaq.
Klubun məlumatına görə, tərəflər arasında razılıq əldə olunub. Sözləşmənin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.
Qeyd edək ki, 2015-ci ildən “Barselona”nın akademiyasında çıxış edən Espart 2026-cı ilin martında əsas komandada debüt edib. Gənc müdafiəçi cari mövsüm La Liqada keçirdiyi 5 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.