"İmişli" köməkçi məşqçisi Zamir Həsənov və şef-skaut Rəsul Allahverdiyevlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Hər iki futbol funksioneri ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "İmişli" Misli Premyer Liqasında 4 xalla 8-ci pillədə qərarlaşıb.