Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Murad Fətiyev mübarizəyə qələbə ilə başlayıb.
QELEBE.AZ xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 finalda Yunanıstan təmsilçisi Teodoros Tselidislə qarşılaşıb.
Rəqibini məğlub edən Fətiyev 1/8 finala vəsiqə qazanıb. O, bu mərhələdə estoniyalı Klen Kristofer Kalyulayda qalib gəlib və adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları dünya çempionatında indiyədək 4 medal qazanıblar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.